featured-image-21932

24

 

1 mart tarixinə Azərbaycanda bank müştərilərinin sayı 4 mln. 540 min 342 nəfər təşkil edib.

Xalq.az  Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ayla müqayisədə 299 min 219 nəfər, ilin əvvəlindən isə 735 min 190 nəfər azalma olduğunu göstərir.

Bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə müştərilərin sayında 16 %-dək artım qeydə alınıb.

Müştərilərin 4 mln. 436 min 34 nəfərini fiziki( bundan da 91 min 777 nəfərini sahibkarlıqla məşğul olanlar) , 104 min 308 nəfərini hüquqi şəxslər təşkil edib.


media-728x90banner

Bənzər xəbərlər