Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlandı
Bu ilin avqust ayında Azərbaycanda 2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
XALQ.AZ-ın məlumatına görə, bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən bildirilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirdiyi digər bir məlumata görə, bu ilin ötən 8 ayı ərzində 15,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.











