Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

Bu barədə Report-a təhsil eksperti Etibar Əliyev məlumat verib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

“Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq, Rüfət Əhmədli vəfat edib”, – E.Əliyev bildirib.
Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər