Azərbaycanda vulkan püskürdü
Şabran rayonu Surra kəndində vulkan püskürüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumta görə, vulkan dağ massivi ərazisində baş verib. Vulkanın eni 500 metr, uzunluğu təxminən 1 km. olub.
İri daşlaşmış, nəhəng gil qatları ətrafa dağılıb. Hadisə şahidləri bildiriblər ki, vulkan püskürməsi sakinlərə vahiməli anlar yaşadıb. Ətrafsa yaşayan sakinlər bildirirlər ki Sovet dövründə həmin ərazidə qaz quyusu olub. Sonradan həmin quyunu bağlayıblar.
Şabran rayonunun İcra Hakimiyyətinin sədri Novruz Novruzovun ANS PRESS-ə verdiyi məlumata görə, əraziyə baxış keçirilib. Vulkan püskürməsilə bərabər ərazidə torpaq sürüşməsinin də olduğu müşahidə olunur. Hazırda ərazidə baş verənlərlə bağlı aidiyyatı orqanlara müraciət olunub. Əraziyə mütəxəssislərin baxış keçirəcəyi bildirilir.











