Azərbaycanda zəlzələ oldu
Bu gün Azərbaycan ərazisində zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata görə, zəlzələ bu gecə yerli vaxtla saat 02:05:11-də (Qrinviç vaxtı ilə 21:05:11-də) Qazaxdan 19 km şimal-şərqdə Ağstafa ərazisində qeydə alınıb.
Episentri 5 kilometr dərinlikdə olan yeraltı təkanların gücü 3,2 bal olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, üç gün əvvəl də yerli vaxtla saat 00:59-da, Qazaxdan 26 km şimalda Ağstafa rayon ərazisində baş vermişdi. Seysmoloji Xidmət Mərkəzinin Qurban Yetirmişlinin sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb.











