Azərbaycanı bu gözəl təmsil edəcək (FOTO)
Sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of the World 2014” beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.
XALQ.AZ-ın məlumatına görə, müsabiqədə ölkəmizi Tamilla Həmidova təmsil edəcək. Bu haqda hazırda yeni proyektlə bağlı Türkiyədə olan təşkilatçı Aqil Məmiyev məlumat verib. O, 22 yaşlı Tamillanın 3 gündür ki, İzmir şəhərində olduğunu deyib:
“Hazırda iştirakçılar bir-birlərini tanıyır, müxtəlif oyunlar oynayır və birlikdə restoranda yeməklərdə iştirak edirlər”.
Xatırladaq ki, “Miss Exclusive of the World 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir.
Final gecəsi Bakı vaxtı ilə saat 23:00-da “Kral TV”də canlı yayımlanacaq.












