“Forbes Rusiya” dərgisi Rusiyanın il ərzində ən çox qazanan iş adamlarının siyahısını yayımlayıb.

XALQ.AZ xəbər verir ki, siyahıda “Lukoil” şirkətinin təsisçisi olan azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var. O, 23,8 milyard dollar sərvəti ilə 3-cü pillədə qərarlaşıb. İl ərzində onun sərvəti 5,3 milyard dollar artıb.

İlk yerdə “İnterros” Holdinqinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun ümumi sərvəti 23,8 milyard dollar olsa da, il ərzində ən çox qazanan iş adamı olub. Belə ki, 2019-cu ildə o, sərvətini 7,8 milyard dollar artırıb.
İkinci pillədə isə 27 milyard dollar sərvəti ilə Novatek şirkətinin idarə heyətinin sədri Leonid Mikhelsondur. Cari ildə o, 5,9 milyard dollar qazanıb. 


media-728x90banner

Bənzər xəbərlər