Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi
Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.
XALQ.AZ xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib.
Bundan sonra avtobus yolun kənarında dayanan Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb.
Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı xoşbəxtlikdə xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və siğorta şirkətinin işçiləri gəlib.
RƏSUL
Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi
Müğənni Şəbnəm Əsədova (Tovuzlu) yol qəzasına uğrayıb.
İfaçı idarə etdiyi “Dodge Drango” markalı avtomobillə, 20 aprel saat 15:30 radəsində metronun Nərimanov stansiyası yaxınlığında, evə qayıdarkən qəflətən idarəetməni itirməsi nəticəsində, yol qəzası keçirib.
Hər iki avtomobilə qəza nəticəsində ciddi ziyan dəyib. Qəzada kimin günahı olub-olmadığı, polis tərəfindən araşdırılır.
Qarşı tərəfin avtomobilinin markasını açıqlamaq istəməyən ifaçı bildirib ki, ciddi xəsarət almasam da, baş verənlərə görə böyük stress keçirmişəm.
Qeyd edək ki,Şəbnəm Əsədova (Tovuzlu) “Sevənlər ölməz” mahnısıyla məşhurlaşıb.












