qatar_544846142

 

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

 

Bu haqda Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, buna səbəb Keşlədən keçən hissədə elektrik naqillərində baş verən nasazlıqdır.

 

“Problemdən dolayı qatar 40 dəqiqə gecikib. Buna görə də stansiyada sərnişin sıxlığı yaanıb. Amma tez bir zamanda ərazidə təmir işləri aparılıb və artıq problem aradan qaldırılıb”.


media-728x90banner

Bənzər xəbərlər