Bakıda dəhşət yaşandı
Bu gün Bakının Yasamal rayonunda dəhşətli faciə baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 2-ci Yasamal, ev 10-un qarşısında baş verib.
Həmin ünvandakı 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan ana və qızı 9-cu mərtəbədən düşərək ölüb. Yıxılanların kimliyi məlum olub.
Belə ki, 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva 9-cu mərtəbədən yıxılaraq ölüblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.











