featured-image-15813

Avto qeza

 

Xalq.az  xəbər verir ki, Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, İ.Nəbiyev küçəsi 2 ünvanının qarşısında Norveçin Azərbaycandakı səfirliyinə məxsus olan avtomobil digər maşınla toqquşub.

Səfirliyin əməkdaşı, 1988-ci il təvəllüdlü Cavadov Zaur Fazil oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı xidməti avtomobil 1992-ci il təvəllüdlü Salahlı Araz Vurğun oğlunun sürdüyü “Hyundai” ilə toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər