Bakıdan getdi Parisdə hava limanında həds olundu
Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
XALQ.AZ xəbər verir ki, bu haqda Fransa mediası məlumat yayıb.
TF1 xəbər verir ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.