Baləli “Lamborgini” ilə – Video
Meyxanaçı Baləli Maştağalı yeni avtomobili ilə gündəmə gəlib.
Söz ustasının idarə etdiyi son model, bahalı idman avtomobili olan “Lamborgini Hurakan” ilə görüntüləri sosial şəbəkələrdə yayılıb.
Paylaşılan kadrlarda Baləlinin lüks avtomobili idarə etdiyi anlar əks olunub. Görüntülər qısa müddətdə izləyicilərin marağına səbəb olub və geniş müzakirələr yaradıb.
Bəzi sosial media istifadəçiləri meyxanaçının yeni avtomobilini bəyəndiklərini qeyd ediblər.










