Baş nazir “Yuxarı Baş”a status verdi
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.
XALQ.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərarı imzalayıb.
“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.
Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.










