Baş nazirin köməkçisi qəzada öldü
Dağıstan Baş nazirinin köməkçisi keçirdiyi yol qəzasında ölüb. Həyat yoldaşı və uşaqları isə yaralanıb, qəza ilə əlaqədar istintaq başladılıb
Dağıstanın Baş nazir köməkçisi Hacı Maxaçev, Moskvada keçirdiyi yol qəzası nəticəsində həyatını itirib. Moskvanın mərkəzi prospektlərindən bir olan Kutuzovskiy Prospektində baş verən qəzada, Maxaçevin öldüyü, həyat yoldaşı və 3 uşağının da yaralı olaraq xəstəxana qaldırıldığı qeyd edilib. Rus rəsmi xəbər agentliklərinin bildirdiyinə görə, Maxaçevin içində olduğu avtomobil, Kutuzovskiy küçəsində baryerlərə çırpılaraq qarşı yola keçib. Maxaçevin avtomobili qarşı yolda bir mikroavtobusla toqquşub. Qəzada 3 adam ölüb, 6 adam isə yaralanıb. Hadisə ilə əlaqədar istintaq başladıldığı qeyd edilib.Strategiya.az











