Batumi hava limanı fəaliyyətini dayandırdı
Batumi Beynəlxalq Hava Limanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb.
Xalq.az Trend-ə istinadən xəbər verir ki, aeroporun mətbuat xidmətindən verilən məlumata görə, pis hava şəraiti və güclü külək səbəbindən Batumi-İstanbul reysi təxirə salınıb.
Bu gün saat 18:00-da İstanbula uçmalı olan təyyarənin sərnişinləri artıq hava limanının binasını tərk ediblər.
Hava yaxşılaşdıqdan sonra aeroport işini bərpa edəcək.











