İsrailin Dəməşq şəhərinə endirdiyi zərbələr nəticəsində Suriya Prezidenti Bəşər Əsədin qardaşı general Mahir Əsədin ölməsi barədə xəbərlər yayılıb.

 

XALQ.AZ-ın xarici mətbuata istinadla xəbər verir ki,  Mahir Əsədin Dəməşq yaxınlığında yerləşən villasına hücum edilib.

 

Ancaq Suriya İnsan Haqları Müşahidə Qrupu məlumatı təkzib edib. Təşkilatın məlumatına görə, Suriya ordusunun 4-cü diviziyasının komandiri Mahir Əsəd hücum zamanı paytaxtdan kənarda olub.

 

Ərəb mediasının məlumatına görə, villadan tez-tez Hizbullah liderləri və İran hərbçiləri istifadə ediblər.


media-728x90banner

Bənzər xəbərlər