media-bin

Kanalizasiya suları küçəyə axır, evlərin içinə dolur, nəm divarlar uçub tökülür.

media-kan

XALQ.AZ xəbər verir ki, kadrlar Paytaxtın Binəqədi rayonu köhnə 4 nömrəli evtikmə kombinatının ərazisindəki tikililərdəndir.

media-kanaa

Ərazidə yaşayan sakinlər bildirirlər ki, illərdir bu cür vəziyyətdə, üfünət və nəm divarların arasında yaşayırlar.

Sakinlər iddia edirlər ki, problemin qaynağı tikililərdən bir qədər aralıda yeni inşa edilən binalardır. Oradan gələn qrunt suları kanalizasiya sularına qarışaraq daşır və yola, evlərə axır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ünvandakı problemə səbəb su xəttində olan tutulmadır.

media-kanaa

Həmçinin əlavə edilib ki, “Xəzər Xəbər”in müraciətindən sonra rayon su-kanal idarəsinin qəza xidməti tərəfindən su xəttindəki problem aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirirk


media-728x90banner

Bənzər xəbərlər