media-ramizzz

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Həmçinin DTX-nın xüsusi əməliyyatı nəticəsində AXCP-nin sədri Əli Kərimlinində istintaqa aidiyyatı olmaqla məhkəmə qərarı ilə həbs olunub.

Prezident Administrasiyasının rəhbəri olmuş, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun diktəsi altında olublar. Ramiz  Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.

XALQ araşdırma apararaq cəmiyyətdə “Boz kardinal”  adlandırılan  Ramiz Mehdiyevin dövlət orqanlarında sadiq kadr potensialı öz fəaliyyətində. Onlar illərlə formalaşmış “Mehdiyevçi” düşüncə tərzini yaşadıb, dövlətin daxildən zədələnməsi üçün görünməz manevrlər həyata keçirirlər.

Qeyd edək general rütbəsi daşıyan və nazir müavini olan oğlu Teymur Mehdiyevdə artıq vəzifədən çıxarıldığı bildirilir.

Ötən yazımızda şəbəkə geniş olduğu üçün ilk onluqda olanları araşdırmamızla oxucularımıza təqdim etmişdik:

Təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə Ramiz Mehdiyevin sadiqlərini təqdim edirik:

İlk özəl universitet yaradıcısı, Milli Məclisin deputatı olmuş, indi isə oğlu mandat sahibi olan professor Əhməd Vəliyevdə Ramiz Mehdiyevlə əlaqələri olması cəmiyyətdə heç kəsə sirr deyil.

media-ahmad

Əhməd Vəliyevin “Muğan Bank”ı da  olub lakin Ramiz Mehdiyev üzərindən xətt çəkildikdən sonra lisenziyası ləğv olunub.

 

media-havar

Texniki Universitetin keçmiş  hal-hazırda isə Mühəndislik Universitetinin  80 yaşlı  rektoru Havar Məmmədovda “Boz Kardinal” Ramiz Mehdiyevin elm, təhsil üzrə ən öndə gedən adamlarından olmuşdur.

 

media-tahir

 

Milli Məclisin deputatı Tahir Rzayevdə  bu sıralara daxil olduğu bildirilir. II,III,IV,V və VI çağırış Milli Məclisin deputatı Rzayevin bu barədə heç bir təkzib məlumatı olmadığı vurğulanır.

 

media-sedr

Sədərək ticarət mərkəzinin sahibi  Yusif Qədimbəylinin nazir müavini olan qardaşı qızı İlhamə Qdəimovada bu sıraya daxil edilir.

media-ilhame

Heç kəsə sirr deyil ki, Yusif Qədimbəyli   Ramiz Mehdiyev və Əli Həsənovun himayəsi ilə böyük siyasi və biznes klanı qura bilib. Həm dövlət, həm də biznesdə özlərinə möhkəm mövqe tutmağı bacaran bu klanın adı hər zaman neqativ qalmaqallarda, insanların haqqını kəsməkdə, sadə vətəndaşlara zülm etməkdə və onları şərləməkdə hallanıb.

media-eliii

Qeyd edək ki, Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli  Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri  Əli Həsənovun köməkçisi vəzifəsində çalışıb.  Daha sonra isə Tik-tok platformasında “şir atmaqla” öz biznesini genişləndirib.

Qeyd edək ki, İlhamə Qədimova əmisi “Sədərək Yusif”in lobbiçiliyi və “ağsaqqalı” Ramiz Mehdiyevin dəstəyi ilə sürətli vəzifə sıçrayışna nail ola bilib.

İlhamə Qədimova Kənd Təsərüfatı Nazirliyində Ramiz Mehdiyev klanını təmsil etdiyi bildirilir və nazirlikdə heç kəsə sirr olmayan işləri bacarır. Belə ki, müxtəlif şirkətlərə tenderlerin verilməsi və bölgələrdə kadrların təyinatını nüfuz etməyi bacarır.

 

media-bexx

Ağdamın eks  deputatı Bəxtiyar Sadıqovun adı isə heç şübhəsiz Ramiz Mehdiyevlə çəkildikdə təəcüb doğurmur.  1972-cü ilin qış imtahanlarında Universitetin tələbəsi olan Bəxtiyar Sadıqov “Boz Kardinal” Ramiz Mehdiyevlə tanış olmuş komsomol təşkilat katibi seçilmişdir.

Düz 53 ildir ki, bu himayəçilik təkrarlanır və İkinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olub.

 

media-mel

1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini olmuş,  25 ildir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin Sədri olan Məlahət Abbaszadə isə  Ramiz Mehdiyevlə əlaqələrini heç vaxt inkar etməyib. Hətta çıxışlarında belə “Boz Kardinal”ın şəninə tərifləyir söyləyib.

2000-ci ildən mühüm posta sahiblənən Məlahət Abbaszadə pensiya yaşı keçsə belə  hələdə vəzifədədir.

 

media-abul

1994-cü ildən nazir olan  Ramiz Mehdiyev vəzifədən çıxarıldıqdan sonra 2000-ci ildə Mədəniyyət naziri postundan alınan Əbülfəz Qarayevdə “Boz Kardinal”ın əsas əlatılarından hesab olunub. Son günlər qızı Suad Qara mədəniyyətimizi,tariximizi ləkləməklə gündəmi zəbt edərək əsas müzakirə olunanardandır.

media-suadd

Geniş biznes şəbəkəsinə sahib olan eks nazir Əbülfəz Qarayev Ramiz Mehdiyevə sədaqəti inkar etməyib.

 

media-mensurr

Ramiz Mehdiyevə dəbdəbəli villa tikdirib bağışlayan icra başçısı  Mənsur Məmmədovda bu siyahıda yer almaqadadlr.  Göyçayın  Potu kənd inzibati ərazi dairəsinin  Üngütlü kəndində 10 hektar ərazidə yerləşən Ramiz Mehdiyev üçün xüsusi təmtaraqla tikilən malikanəni  hal-hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən hədiyyə olundugu bildirlir.  20 ildir icra başçısı vəzifəsi daşıyan Mənsur Məmmədov bunu təkzib  edə bilməyib.

 

media-elcin

Gənclər və İdman Nazirliyinin tabeliyindəki Su İdman sarayının direktoru olmuş Elçin Həsənovunda Ramiz Mehdiyevin himayəsində olması və geniş biznes şəbəkə yaratması təkzib olunmayıb.

 

Hamısı ifşa olunacaq!

Bütün bunlarda bir həqiqət var: bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq.

 

Ardı var


media-728x90banner

Bənzər xəbərlər