“Boz kardinal” Ramiz Ənvəroviçin sadiq kadrları: Siyahı-I yazı…
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Prezident Administrasiyasının rəhbəri olmuş, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun diktəsi altında olublar. Ramiz Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.
XALQ araşdırma apararaq cəmiyyətdə “Boz kardinal” adlandırılan Ramiz Mehdiyevin dövlət orqanlarında sadiq kadr potensialı öz fəaliyyətindədir.
Qeyd edək ki, müxtəlif qurumlarda, fərqli adlar altında ictimai-siyasi sektorda, dövlət qurumlarında media mühitində və bəzi qərarverici dövlət strukturlarında fəaliyyət göstərirlər. Onlar illərlə formalaşmış “Mehdiyevçi” düşüncə tərzini yaşadır, dövlətin daxildən zədələnməsi üçün görünməz manevrlər həyata keçirirlər.
“5-ci kolon”un üzvləri, Ramiz Mehdiyevin komandası kimlərdir? İctimayyətə məlum olanlar barəsində mətbuatda və sosial platformada qeydlər aparılmışdır. Şəbəkə geniş olduğu üçün ilk onluqda olanları araşdırmamızla oxucularımıza təqdim edirik:
Məlumdur ki, vəzifədə olarkən bir çox mal-mülkə sahib olan ” Boz Kardinal” haqqında yazılanlar təkrarlamayaraq qohumluq və digər amillərlə Ramiz Ənvəroviçə sadiqlər bu gündə fəaliyyət göstərir.
FHN-nin müavini olan General-leytenant Teymur Mehdiyev və həyat yoldaşı Mehdiyeva Nigar İsmayıl qızı (Ramiz Mehdiyevin gəlini “Bank BTB” ASC-nin müşahidə şurasının üzvüdür). Həmçinin Tibb Universitetinin Onkoloji Klinikasının da direktor müavini olaraq çalışır.
Həmçinin qeyd edək ki, “Bank BTB” ASC-nin digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə Ramiz Mehdiyevin gəlin Nigar Mehdiyevanın qardaşıdır.
Qızı Əliyeva Kamilə Psixologiya elmləri doktoru, professordur Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Həmçinin “German Hospital”ın payçısıdır.
Kürəkəni İlham Əliyev “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biridir. “Astoriya Tibb Mərkəzi” MMC-nin digər təsisçisinin Sadıqov Fərid Akif oğlu olduğu qeyd olunur. Sadıqov Fərid Akif oğlu eyni zamanda ölkənin aparıcı provayder şirkətlərindən olan “Kaspian Telekom”un qanuni təmsilçisi olub. 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir və Ailə TV-nin rəhbərlik edir.
Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2015-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2017-ci ildə işdən çıxarıldığı bildirilir. Həmçinin Əliyev Səftər Fikrət oğlu Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı oğlu, “AQUA SAFE” və “E and S” şirkətlərinin sahibidir.
Uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji yazarı kimi çıxış edən keçmiş deputat və Azərbaycanın Ukraynada Fövqəladə və Səlahiyyətli Səfir olmuş Elmira Axundova
O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Onun deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edib, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. Dünən “dostum”, “ağsaqqalım” dedikləri bu gün “şübhəli şəxs” statusundadır deyə ona münasibət də dəyişib. Bir vaxtlar donos-məktublarla öz ağsaqqalını tərifləyən və başqalarını ləkələyən biri indi danışmağa söz tapmır, jurnalistə açıqlamasında sadəcə təşəkkür edirəm deyə bildirib.
Baş Nazirin keçmiş müavini, uzun illər Kənd Təsərrüfatı naziri işləmiş İsmət Abasov Ramiz Mehdiyevin klanının sıralamasında ilk onluqda yer alan sadiqlərindədir.
Oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkə sahib olması barəsində ölkə mətbuatında yazılsada təkzib olunmayıb. Hal-hazırda eks nazir yüksək məbləğdə təqaüd alır və bizneslə məşgul olduğu bildirilir.
Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov və Azərbaycanın Estoniyada səfir olan oğlu Anar Məhərrəmov
Xatırladaq ki, Abel Məhərrəmov karantin vaxtı Novxanıda bağ evində R.Mehdiyevin nəvəsi Fidan Əliyevann toyunda “Boz Kardinalın” şərəfinə “tost” deyib.
Milli Məclisin deputatı Kəmaləddin Qafarovda Ramiz Ənvəroviçin sadiqlərindəndir.
Belə ki, uzun illərdir mandat sahibi olan Kəmaləddin Qafarov biznesmen deputat kimi tanınır və əksər dövlət tenderlerin qalibi olan şirkətlərə rəhbərlik edir. Bu barədə ölkə mətbuatında mütəmadi xəbərlər dərc olunsada Kəmaləddin Qafarov tərəfindən təkzib edilməyib.Şəhərin mərkəzində yerləşən ofisində isə deputat səlahiyyətlərindən imtihazlı istifadə edərək geniş biznes şəbəkəsini idarə etməkdə davam edir. İddialara görə deputatın siyası karyerasına görə Rami Mehdiyev xüsusi tapşırıqlar verib.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi General-mayor Baba Salayev, Milli Məclisin IV və V çağırış deputatı olmuş Hacı Salayevin qardaşıdır.
Hal-hazırda Hacı Salayev biznes fəaliyyəti ilə məşguldur. Ramiz Mehdiyevin əsas kadrlarından hesab olunub. Belə ki, müxtəlif dövrlərdə qalmaqallarda adı hallanan eks deputat və general qardaşının aqibəti təcrübəli xüsusi xidmət orqanlarının araşdırmasından sonra məlum olacaq.
Nəbabət bağında adına qızıl gül yetişdirilən akademik Əhliman Əmiraslanov.
Mandatına görə 2015-ci ildə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən imtina edən, 2014-2019-cu illərdə Bilik Fondunun Himayəçilik Şurasının üzvü olmuşdur. Hal-hazırda Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.
Məlumatlara görə, Ə. Əmiralsanovun Ramiz Mehdiyevlə dostluq münasibətləri hələm 1976-cı ildə Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsində çalışarkən başlamış və o zaman aspirant kimi “Boz Kardinal”ın çətirə sığınmışdır. Qeyd edək ki, Milli Məclisdə Əhliman Əmiraslanov Ramiz Ənvərovoçin kürəkəni İlham Əliyevlə yanaşı oturublar.
Avtoqəzada oğlu adam öldürmüş, övladını həbsdən xilas etmiş keçmiş Nəsimi rayonun icra başçısı hal-hazırda isə Milli Məclisin deputatı olan Asif Əsgərov Ramiz Mehdiyevin çətiri altında olanlardandır.
Belə ki, ölkə mətbuatında yazılan məlumatlardada bu təkzib edilməyib.
20 ildir vəzifədə olan 2010-cu ildən isə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov “Boz Kardinal” Ramiz Mehdiyevin əsas adamlarında sayılıb.
Gömrük İdarəsindən, Vergilər Nazirliyindən icra hakimiyyətinə transfer olan Süleyman Mikayılov həmçinin 2003-cü ildən Kəmaləddin Heydərovun rəhbəri dönəmdə Boks Federasiyasının vitse prezidenti olmuşdur.
Oğlunun övladından imtina etməsi ilə gündəmdə olan SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov.
Mikayıl İsmayılovda Ramiz Mehdiyev sadiq kadrı hesab olunub. Belə ki, müyyən biznes şəbəklərinə nəzarət edib.
Hal-hazırda Mikayıl İsmayılovda biznes fəaliyyəti ilə məguldur.
Son zəng günü məzunu pul vermədiyi üçün tədbirə buraxmayan Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovada Ramiz Mehdiyevin himayəsində olanlardan hesab edilir.
Hətta R. Mehdiyevin nəvəsi Fidan Əliyevanın toyunda fəal iştirak edənlərdən olub.
Uzun illərdir vəzifədə olan hal-hazırda isə Beylaqan rayon icra hakimiyyətinin başçısı olan Əziz Əzizovda Kərəm Həsənovun kadrı olaraq çıxsa da, istər Cəlilabad, istər Yasamal, istərsə də Suraxanıya başçı gəlişinə qədər Ramiz Mehdiyev ona havadarlıq edildiyi bildirilir.
Bərdənin icra başçısı Vidadi İsayevin də Ramiz Mehdiyev “məktəbi” keçib. Vidadi İsayev son dövrlərdə ən çox gündəmə gələn icra başçısıdır.
Keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri, hal-hazırda isə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsində çalışan akademik Əli Abbasovda Ramiz Mehdiyevlə dostluq münasibətlərinin olduğu da heç kəsə sirr deyil.
Həmçinin qeyd edək ki, Əli Abbasovun oğlu Eldar Abbasov “Railways Communications & Technologies” (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktorudur.
Ardı var…..