Bu gün və sabah…
Bu gün və sabah axşam saatlarında Venera və Yupiter planetləri bir-birinə maksimum dərəcədə yaxınlaşacaq.
Bu nadir hadisə kosmosda “planetlərin qovuşması” adlanır.
Qeyd edək ki, nadir mənzərəni ölkəmizdə gün batdıqdan dərhal sonra qərb üfüqü istiqamətində canlı şəkildə müşahidə etmək mümkün olacaq. Sinoptiklər aydın hava şəraitində bu iki planetin səmanın ən parlaq obyektləri kimi xüsusi olaraq seçiləcəyini və heç bir teleskop və ya durbin olmadan, adi gözlə də rahatlıqla görünəcəyini bildirirlər.










