featured-image-21589

Hava

Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir


media-728x90banner

Bənzər xəbərlər