Tacikistanda koronavirus əleyhinə vaksinasiya 18 yaşdan yuxarı hər kəs üçün məcburi elan edildi.

XALQ.AZ xəbər verir ki, koronavirus əleyhinə peyvənd olunmayan şəxslər tibbi yardım üçün ailə həkimlərinə, yaxud yerli tibb müəssisəsinə müraciət etməlidirlər.

Bundan əlavə, ölkə əhalisinə şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək, fərdi qoruma vasitələrindən istifadə etmək, eləcə də tədbirləri az sayda insanlarla keçirmək tövsiyə olunub.

Ölkədə ümumilikdə 13569 şəxsdə koronavirus qeydə alınıb. 13300 xəstə sağalıb.


media-728x90banner

Bənzər xəbərlər