Qambiyada uşaq iflici virusu aşkarlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Qambiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkənin paytaxtı və dənizkənarı ərazisindən götürülmüş nümunələrdə uşaq iflici virusu aşkarlanıb. Hökumət epidemiyanı dayandırmaq üçün peyvənd kampaniyası hazırlayıb.

Qeyd edək ki, indiyədək Uqanda, Benin, Burkina-Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudan kimi ölkələrdə də uşaq iflici virusu aşkar edilib.


media-728x90banner

Bənzər xəbərlər