media-5858
Plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarla müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqın ilkin nəticələri bəlli olub. 
XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqla plastik cərrahiyyə ixtisası ilə bağlı olmayan və plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayan tibb sahəsində fərqli ixtisasa sahib bir qrup şəxsə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb olunmaqla sertifikasiya imtahanına buraxılış verilməsi və sonda həmin şəxslərə plastik cərrahiyyə üzrə praktik fəaliyyətə buraxılmaları barədə sertifikasiya şəhadətnamələrinin verilməsi müəyyən edilib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, adları aşağıda qeyd olunan tibb işçilərinə Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş sertifikasiya şəhadətnamələri ləğv edilib:
Ağamirova Könül Əlifirid qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818, verilmə tarixi 27.04.2022-ci il;
media-kon
Əliyeva Şövkət Tofiq qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889, verilmə tarixi 11.02.2022-ci il;
media-sovk
Həmidova (Heydərova) Sevinc Abisalam qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407, verilmə tarixi 16.06.2021-ci il;
media-sevinc
Kərimova Bəhicə Rafiq qızı verilmə tarixi 25.12.2023-cü il; sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491,
media-85
Quliyeva Rəna Ədalət qızı verilmə tarixi 19.08.2022-ci il; sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988,
media-tebes
Qurbanova Təbəssüm Arif qızı – sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967, verilmə tarixi 10.05.2022-ci il;
Salmanlı Elnarə Eldar qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603, verilmə tarixi 13.01.2022-ci il.
media-eln
Həmçinin bildirirk ki, Ajans.az məlumatına görə  “Baku Medical Plaza”nın  estetik cərrahı Dilqəm Məhərrəmov və həyat yoldaşı plastik cərrah Nərgiz Əhmədova da lisenziya verilməyib.  Plastik cərrahların  sertifikasiyasının müddəti isə martın 2-də bitir.
media-866

media-728x90banner

Bənzər xəbərlər