Çində terror- 50 ölü
Çinin Sinzyan-Uyğur muxtar vilayətində kiçik şəhərcik olan Luntayda eyni vaxtda bir neçə terror aktı təşkil edilib.
XALQ.AZ-ın məlumatına görə, terror aktları nəticəsində 50 nəfər həyatını itirib. Yerli hakimiyyətin dediyinə görə ölənlərdən 40 nəfəri mahalın ərzaq bazarında, iki polis mərkəzində və digər ictimai yerlərdə partlayıcıları işə salan terrorçulardır.
Hücum edənlərdən yarısı bomba partlayışı zamanı yarısı isə polis tərəfindən məhv edilib.Polis terrorçulardan ikisini canlı yaxalaya bilib.
Rəsmi məlumatlara görə partlayışda eləcə də 6 yerli sakin, 2 polis, 2 mülki geyimli polis köməkçisi həyatını itirib, 54 nəfər isə yaralanıb.
Polisin xəbərində deyilir ki, partlayışlar tam şəkildə planlaşdırılmışdır, lakin məhz hansı təşkilatın hadisəyə görə məsuliyyət daşıdığı açıqlanmayıb.