Dəməşqdə Əsədin heykəlini aşırdılar-Video
Suriyada müxalifət qüvvələri Dəməşqin mərkəzindən 10 kilometr cənub-şərqdə yerləşən Ceramana rayonunu ələ keçirib.
XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, silahlılar Suriya Prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin rayon meydanındakı heykəlini aşırdıblar.