Millət vəkili Afət Həsənova şəhid ailələri və qazilər ilə görüşü davam edir.

Milli Məclisin deputatı Afət Həsənova və Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov şəhid ailələrini ziyarət edib onların qayğıları ilə maraqlanıblar.

Görüşlərdə millət vəkili şəhid ailələrinin və qazilərin daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunduqlarını, onların problemlərinin həlli üçün Prezidentin sərəncamı ilə “YAŞAT” Fondunun yaradıldığını bildirmişdir. Fond barədə onlara geniş məlumat verərək belə ailələrin problemlərinin həllində lazımi addımların atılacağını vurğulayıb.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər