“Dostluq” yatağında birgə fəaliyyət anlaşması böyük tarixi hadisə və ciddi diplomatik uğurdur.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, qeyd edib ki,müəyyən dövrlərdə bizim Türkmənistanla münasibətlərimiz “Dostluq” yatağının istismarı ilə bağlı anlaşılmazlıq ucbatından mürəkkəbləşmişdi.

“Bu isə həm Türkmənistan, həm də Azərbaycanın dövlət maraqlarına cavab vermirdi. Bəzi maraqlı dairələr isə müşahidə olunan problemli vəziyyətdən hər iki dövlətə qarşı təsir aləti kimi istifadə etmək istəyirdi. Bu mənada Aşqabadda Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağında birgə fəaliyyət anlaşması böyük tarixi hadisə və ciddi diplomatik uğurdur”-deyə, millət vəkili əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər