Deputat: “Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət nümayiş etdirir”
Milli Məclisin Gənclər və idman komitəsinin və İnsan hüquqları komitəsinin üzvü, deputat, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse-Prezidenti Jalə Əhmədova 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.
Təbrik mətnini təqdim edirik:
Əziz gənclər!
Sizin hamınızı ürəkdən təbrik edir və hər birinizə uzun ömür və möhkəm can sağlığı arzulayıram.Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu Dövlət Gənclər siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün məhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin Vətənə, dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq. Bütün dövrlərdə gənclərimiz dövlətinə və millətinə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olmuş və ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın yağı düşmən tapdağı altında qalmasına son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdi. Bu işdə Siz gənclərin də xüsusi əməyi olmuşdur. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Siz bizim qürur mənbəyimizsiniz! Bu gün qətiyyətlə deyə bilərik ki, gənclər möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Əziz gənclər, bir daha Sizin hər birinizi Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bayramınız mübarək!










