Erməni lobbisinin təsiri altında olan Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qətnamənin qəbulu təəccüb doğurmur.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım bildirib.

Deputat qeyd edib ki, Fransa hökuməti bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşmazsa, bunun bədəlini həm diplomatik müstəvidə, həm də iqtisadi müstəvidə ödəməli olacaq. Fransız istablişmenti bu barədə yaxşı düşünməli və verilmiş qərarı mütləq sorğulamalıdır.Ermənistan Azərbaycandan fərqli olaraq müttəfiq kimi etibarlı tərəfdaş olmadığını dəfələrlə sübuta yetirmiş bir ölkədir. Azərbaycan isə Qafqaz regionunda ən etibarlı tərəfdaşdır.


media-728x90banner

Bənzər xəbərlər