Deputat seçicilərin probləmlərini həll etdi-Fotolar
Milli Məclisin deputat Emin Hacıyev seçicilərlə növbəti görüşü keçirilib.
XALQ.AZ xəbər verir ki,bu gün 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Emin Hacıyev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.
YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş zamanı seçki dairəsinə daxil olan hər bir mikrorayon və məhəllədən sakinlər iştirak ediblər. Vətəndaşların qəbulu zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Emin Hacıyev onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, bank kreditləri və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.





XALQ.AZ
Deputat seçicilərin problemlərini həll etdi-Fotolar
Deputat Vüqar İskəndərov seçiciləri ilə növbəti səyyar görüşünü keçirib. Görüşdə Sarıtorpaq, Süleyman Eldarov və Lütfəli Abdullayev küçələrinin sakinləri iştirak ediblər. Sakinlərin müraciəti əsasən yol, kommunal, işsizlik, bank məsələləri və s. mövzularda olub. Seçicilərin müraciətləri qeydə alınıb və həlli istiqamətində işlər görülüb. Həlli deputat tərəfindən mümkün olmayan məsələlər isə aidiyyatı üzrə yönləndirilib





XALQ.AZ












