Deputat seçicisini yubiley munasibəti ilə təbrik etdi
Milli Məclisin deputatı Aydın Hüseynov müəlliməni yubiley munasibəti ilə təbrik edib.
XALQ.AZ xəbərinə görə millət vəkili bildirbi ki, Səməngül xanım pedaqoji fəaliyyətə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 228 saylı tam orta məktəbdə başlayıb.
Mənalı ömrünün 50 ilini təhsilə həsr edən Səməngül müəllimə rayon ictimaiyyətinin böyük rəğbətini qazanıb.
Ad gününü ürəkdən təbrik edir,möhkəm can sağlığı,övladlarıyla birgə xoş,firəvan ömür arzulayırıq deyə qeyd edib.














