Deputat şəhidimizi yad etdi
Milli Məclisin deputat Göydəniz Qəhramanov və Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhidi şəhadətinin ildönümündə yad edib.
XALQ.AZ məlumat verir ki, Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Rövşən Nurzadəni şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.














