Deputat şəhidimizi yad etdi
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov şəhidimizi yad etdi.
XALQ.AZ xəbər verir ki, millət vəkili Vətən müharibəsi zamanı şəhid olan Baş leytenant Rövşən Nuruzadəni mövlud günü ilə bağlı yad edib. Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımızın xatirəsi hörmətlə yad edildi, ruhlarına dualar oxundu.














