Deputatlar əlbəyaxa oldular
Moldova parlamentində dava düşüb.
Demokratik və müxalifət kommunist partiyasının deputatları əlbayaxa olublar.
Xalq.az ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, insident bu ilin sonuncu parlament iclasında yaşanıb.
Çərşənbə axşamı deputatlar Ali Magistratura Şurasının tərkibindəki namizədlərin müzakirəsi zamanı münasibətlərinə aydınlıq gətiriblər. İnsident kommunistlərin Geqrgi Avornikin namizədliyini müzakirə etməsindən sonra baş verib. Avornik Ali Magistratura Şurasının üzvlüyünə iddia edir.












