featured-image-15093

48

 

 

Dövlət katibliyi Staffordun müsəlman olduğuna dair xəbərləri təkzib etməyib.

Bir müddət əvvəl Birləşmiş Ştatların Sudandakı səfiri Cozef Staffordun vəzifəsindən “istefa” verməsinə səbəbin diplomatın İslam dinini qəbul etməsi olduğu iddia edilib.
Staffordun istefası ilə bağlı səfirliyin mətbuat xidmətinin açıqlamasında diplomatın ailəsindəki problemlərdən dolayı istefa etdiyi bildirilib. Bununla belə Sudan mətbuatı müsəlman camaatlara yaxınlığı ilə tanınan Staffordun seçiminin ABŞ Dövlət katibliyi tərəfindən rəğbətlə qarşılanmadığından dolayı vəzifəsindən uzaqlaşdırıldığını yazıb.
Bu barədə xəbərlərin ABŞ-ın müvafiq qurumları tərəfindən təkzib edilməməsi də Sudan mətbuatında dərc olunan xəbərlərin doğruluğunu təsdiqləyib. Keçmiş səfirin İslamı qəbul etməsi iddialarını dəyərləndirən “Cansuyu” Dərnəyinin İstanbul filialının Xarici Əlaqələr koordinatoru Şərafəddin Mollaoğlu Sudanda müsəlmanların çətin həyat şərtləri altında yaşamasına baxmayaraq, inanclarını qoruyub-saxlamasının Staffordun bu dini qəbul etməsində təsirinin olduğunu düşündüyünü bildirib.


media-728x90banner

Bənzər xəbərlər