Doğma astaralılara ləyaqətlə və şərəflə xidmət edəcəyəm
Əziz astaralılar, dəyərli dostlar və həmvətənlər!
Bu saatlarda təbliğat təşviqat kampaniyası çərçivəsində son görüşümü Astara şəhər seçiciləri ilə yekunlaşdırdım. 21 gün ərzində mənsub olduğum partiyaya, partiyamızın və dövlətimizin başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə, yol və ideya atamız Heydər Əliyev dühasına qarşı olan sonsuz sevgi və hörmətinizi yaxından hiss etmək möhtəşəm bir duyğu idi.
Hər birinizə, mənə etimad göstərən partiyamıza, siyasi rəhbərliyə və Astara seçicilərinə sonsuz hörmət və ehtiramımı bildirirəm. Sizə söz verirəm ki, seçiləcəyim təqdirdə bu günə qədər olduğu kimi bundan sonra da Prezidentimə, Dövlətimə və səslərini mənə etibar edəcək doğma astaralılara ləyaqətlə və şərəflə xidmət edəcəyəm.














