Son dörd ildə ilk dəfə Böyük Britaniyaya gizli səfər etdi
Sasseks hersoginyası Meqan Markl ABŞ-yə köçdüyü vaxtdan bəri, yəni son dörd ildə ilk dəfə Böyük Britaniyaya gizli bir səfər edib.
Hersoginya “British Airways” aviaşirkətinin əməkdaşları tərəfindən toy ildönümü münasibətilə təbrik edildiyi anın fotosunu paylaşıb.
Məlum olub ki, o, 79-cu Ümumdünya Səhiyyə Assambleyasından qayıdarkən ABŞ-yə uçmazdan əvvəl İngiltərədə qısamüddətli dayanıb və bu, onun şahzadə Harri ilə Kaliforniyaya köçməsindən sonra London torpağına ilk qədəm qoyması olub. Bu gərgin qrafikdən əvvəl, mayın 12-də Meqan Markl həyat yoldaşı şahzadə Harri, anası Doriya Redlan və övladları ilə birlikdə “Disneylend” əyləncə parkında görüntülənib. Hersoginyanın sosial şəbəkədə paylaşdığı səmimi fotolarda onun anasının yanağından öpdüyü, arxa fonda isə balaca şahzadə Arçi və şahzadə Lilibetin qaçışdığı, eləcə də ailənin parkda gəzinti anları əks olunub. Daha sonra Meqan qızı Lilibet ilə qarderob otağından olan daha bir foto paylaşıb; fotoda bənövşəyi libas və eyni rəngli bürüncəkdə güzgü qarşısında dayanan hersoginyanın yanında, yerdə qırmızı pijamada əyləşmiş balaca qızı Lilibet diqqət çəkib.
“The Express”










