media-1777970617_6993td_1693733835158_0

Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Saf Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb.

Araşdırma zamanı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib.

Nəticədə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 5 min manat cərimə edilib


media-728x90banner

Bənzər xəbərlər