media-nnn

Avropa Siyasi Birliyinin Tiranada keçirilən sammitinin qarşılanma mərasimi İtaliyanın baş naziri Ciorcia Meloni üçün gözlənilməz hadisə ilə yadda qalıb.

XALQ bu barədə Noa.al portalına istinadən xəbər verir.  Xanım Meloni qırmızı xalça ilə Skanderbeq meydanına doğru getməyə başlayanda Albaniyanın baş naziri çətirini yerə qoyaraq diz çöküb. “Edi, dayan, nə edirsən…”, – deyə Meloni həmkarını ayağa dürmağa çağırıb.  Sonra o, zarafat edib ki, albaniyalı həmkarı qarşılanma zamanı eyni boyda olmalarını istəyir.  Qeyd edək ki, Ramanın boyu 2,01 sm, Meloninin isə 1,63 sm-dir.

 


media-728x90banner

Bənzər xəbərlər