Elnarə Akimova Sumqayıtda seçicilərlə görüşdü
Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirib. Seçicilərlə görüş zamanı vətəndaşlar öz problemlərini, qayğılarını və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.


















