Tanınmış hüquqşünas Elnur Abbaszadə koronavirus pandemiyası ilə bağlı ictimaiyyətə müraciət edib:

“Covid 19” virusu ilə əlaqədar həmvətənlərimizin #evdƏqal kampaniyasına dəstək verməsinin əsas məqsədi evdə qalıb həyat xilas etməkdən ibarətdir. “#Evdəqal özünü təcrid olsa da, bu neçə-neçə insanın sağlamlığına təkandır. Məlum məsələlərin bəzi insanların maddi durumuna, yaşam tərzinə istənilmədən mənfi təsir etdiyi anlaşılandır. Lakin unutmaq lazım deyil ki, əgər biz bu gün maddiyyatı düşünərək, sabah bizə əziz insanlardan birini evdə qalmamağımız səbəbindən bu virusa yoluxdursaq, bu təhlükə maddi sıxıntıdan daha dözülməz olacaq.” Elnur Abbaszadə qeyd edib ki, artıq Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işsiz vətəndaşlara yardım edilməsinə başlanılıb.

Hüquqşünas Elnur Abbaszadə həmçinin imkanlı şəxsləri,sahibkarları aztəminatlı ailələr,tənha insanlara kömək etməyə səsləyib:

“Həmçinin mən fürsətdən istifadə edərək hər kəsdən yaxınlığında yaşayan, aztəminatlı ailələrə,tənhalara və sağlamlıq cəhətdən köməyə ehtiyacı olan insanlara kömək etmələrini xahiş edirəm, əsl həmrəylik məhz bu acı günlərdə bilinir və bu hər birimizin vicdan borcudur. Ölkə başçısı İlham Əliyev öz nitqində bildirdiyi kimi “Biz birlikdə güclüyük”.


media-728x90banner

Bənzər xəbərlər