Elnur Abbaszadə Sumqayıt sakinləri ilə növbəti dəfə bir arada – FOTO
Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası Elnur Abbaszadə sumqayıtlılarla son görüşünü keçirib.
XALQ.AZ məlumat verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə Sumqayıtın müxtəlif təbəqədən olan sakinləri ilə görüşüb.
Görüşdə Sumqayıtını tanınmış ictimaiyyət nümayəndələri, el ağsaqqaları iştirak ediblər.
Tanınmış hüquqşunas Elnur Abbaszadə söhbət əsnasında bildirib ki, mən seçkilərə ölkə başçısımız cənab İlham Əliyevin çağırışına əsaslanaraq qatılmışam yenilənən Sumqayıt üçün əlimdən gələni əsirgəməyəcəm.
“Mən Sumqayıtda doğulub yaşayıram, burada mənim ailəm doğmalarım, əzizlərim, dostlarım yasayır. Mən sizlərdən biriyəm. Sizin qayğılarınız mənim qayğılarımla eynidir. Mən sizlərin hər birinizi tanıyıram. Sizin vəkiliniz olmaq mənim üçün şərəfdir. Sizin vəkiliniz olaraq biz 5 ildən bir yox, 5 il birlikdə olacağıq. Sizin xoş sözləriniz məni daha da ruhlandırır. Ölkə başçısının apardığı islahatlara əsaslanaraq “İslahatlar zamanıdır səs ver” şuarı ilə təbliğat keçiririk.
Sakinlər də öz növbəsində Elnur Abbaszadənin gənc olmağına baxmayaraq fəliyyəti dövründə hər zaman öz bilik bacarıqlarını xalqa xidmət etmək Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda çatdırılması və ölkənin ictimai siyasi həyatında fəal olmasını əsaslanaraq bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.











XALQ.AZ










