featured-image-7717

6

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq keçirib.

Xidmətdən AXalq.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Yasamal və Abşeron rayonlarında vətəndaşlara məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı üzə çıxıb. Bundan başqa Yasamalda Könül Ağayevaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Saxlama müddəti ötmüş malların satıldığı isə Bakının Binəqədi və Yasamal, həmçinin Ağstafa, Ağdaş, və Qubada aşkarlanıb.

Qeyd edək ki, ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xatırladaq ki, istehlakçılar istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda (012) 498-15-01 və (012) 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.


media-728x90banner

Bənzər xəbərlər