Son illərdə məktəblilərdə onurğa əyrilikləri (skolioz, kifoz), bel və boyun ağrıları, əzələ və oynaq problemləri, sinir sıxışması və baş ağrıları kimi xəstəliklərin kəskin artdığı müşahidə olunur.
Mütəxəssislər bu problemlərin əsas səbəblərindən birinin məktəblilərin həddindən artıq ağır çanta daşıması olduğunu bildirirlər.
Artıq dünya süni intellekt dövrünə keçid edir və təhsil sahəsində də yeni texnologiyaların tətbiqi zərurətə çevrilib. O qeyd edib ki, şagirdlər hər gün çoxlu sayda kitabı məktəbə aparmaq məcburiyyətində qalmamalıdır.
Bunun əvəzinə, məktəblərdə planşet və ya tablet sisteminin tətbiq olunması daha məqsədəuyğun ola bilər.
“Son illərdə uşaqlar arasında onurğa problemləri, boyun və bel ağrıları artmaqdadır. Şagirdlərin hər gün ağır çantalar daşıması onların sağlamlığına ziyan vurur.  Bir çox inkişaf etmiş ölkələrdə bu məsələ həll olunub və dərs vəsaitləri elektron formada təqdim olunur.  Biz də təhsildə müasir texnologiyalara keçid etməli və uşaqlarımızın sağlamlığını qorumalıyıq”.
Elektron təhsil sistemi həm şagirdlərin dərs yükünü azaldacaq, həm də təhsildə daha müasir və effektiv metodların tətbiqinə imkan yaradacaq. Bu istiqamətdə müvafiq addımların atılması Elm və Təhsil Nazirliyini və digər aidiyyəti qurumları bu məsələyə diqqət ayırmağa çağırıb. Elektron sistemə birbaşa keçid mümkün deyilsə, bu proses mərhələli şəkildə həyata keçirilməlidir.
  Fatma Yıldırım
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər