Füzuli şəhərini erməni işğalından azad edilməsindən dörd il ötür. Füzuli uzun illər işğal altında qalmış, ermənilər şəhəri demək olar ki, tamamilə dağıtmışdılar. Mədəni irs obyektləri, yaşayış binaları, infrastruktur yerlə-yeksan edilmişdi, şəhər xarabalığa çevrilmişdi. Lakin Azərbaycan dövləti Füzulini yenidən dirçəltmək və oraya yeni həyat gətirmək üçün dərhal işə başladı.
İndi Füzuli hava limanı göz oxşayır. Yol, elektrik, su və digər infrastruktur yenidən quruldu, müasir yaşayış məhəllələri salındı. Artıq Füzulinin ilk sakinləri də bərpa olunan ərazilərə köçüb, orada yeni həyatlarına başlayıblar. Şəhərin bərpası Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərin gələcək inkişafına və orada dayanıqlı bir həyat qurmağa verdiyi önəmi bir daha təsdiqləyir.
Füzuli bu gün Azərbaycanın quruculuq gücünün və qələbənin simvoluna çevrilib.
Razi Nurullayev 
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər