featured-image-34905

Yandi-4

Bu gecə Gəncədə yanğın hadisəsi qeydə alınıb. Yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində yanğın baş verib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşını alıb.

Yanğın zamanı 3 nəfər: 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 


media-728x90banner

Bənzər xəbərlər