Generalın qardaşının adında istifadə edərək qanunsuz tikinti işləri aparılır?
Binəqədi rayonu Gülüstan küçəsində qanunsuz inşa işləri aparılır.
Bu iddialar sosial şəbəklərdə yayılıb.
XALQ-ın araşdırması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu Gülüstan küçəsində aparılan tikinti tam qanunsuzdur.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında həmin tikinti ilə bağlı heç bir qeyd yoxdur.
Tikintini Həsən adlı iş icracısı aparır və ölkənin xidmət orqanının generalının qardaşının adından istifadə edərək bu işləri həyata keçirir. (redaksiyaya generalın qardaşının adı məlumdur). Bəs görəsən xidmət orqanında ali rütbə daşıyan generalın bu işlərdən məlumatı var?
Araşdırmalarımız zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda aparılan qanunsuz tikinti işlərinin rəsmi icazəsi olması bildirilir. Lakin müəyyən sosial şəbəkə mütəxəssisləri qanunsuz tikinti ilə bağlı apardığı araşdırmanın qarşısı hansısa “razılıq” əsasında alınır.
Binəqədi rayonu Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisinin məlumat löhvəsi olmaması buna əsas veri ki, bu tikinti qanunsuzdur. Belə ki, məlumat lövhəsində aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar niyə yoxdur. Həmçinin araşdırmamız zamanı məlum olmuşdur ki, rəsmi icazə olmadan aparılan qanunsuz tikintidə işləyən şəxslərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdır
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Binəqədi rayon İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi susqunluq nümayiş etdirir.
Qurumların və adları keçənlərin fikirlərini dərc etməyə hazırıq.