Gürcustan prezidenti Azərbaycana gəlir
Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycana ilk rəsmi səfərini edəcək.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
İki günlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Hazırda Gürcüstan prezidentinin səfər proqramı üzərində iş aparılır.











